Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında Göyçay-Ucar yolunun 8-ci kilometrində, rayonun Mallı-Şıxlı kəndi ərazisində qeydə alınıb.
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi 23 BH 993 nömrəli "Hundai və Asif İsmayılovun idarə etdiyi 20 DP 517 nömrəli "Opel markalı avtomobillər toqquşub. Qəzada beş nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə əlaqədar rayon polis şöbəsində araşdırma aparılır.
Hadisə ilə əlaqədar rayon polis şöbəsində araşdırma aparılır.