Xudat-Xaçmaz yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan Köhnə Xudat kənd sakini Ehtimal Bəxtiyar oğlu Əzizov ölüb, digər 2 nəfər - Xudat qəsəbə sakinləri - Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə "təcili yardım" avtomobili və həkim briqadası cəlb olunub.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılar müvafiq şöbələrə yerləşdirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.