Bakıda zibil qutularından çox sayda diri cücə aşkarlanıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, Hövsanda çəkilən görüntülər görənləri dəhşətə gətirir.

Torbalara doldurularaq zibil qutularına atılan cücələrin xəstə olduğu ehtimal edilir. Bu addımın konkret hansı səbəbdən atıldığı dəqiq bilinmir.

Antisanitar və xoşagəlməz mənzərə ətrafdan keçən sakinlərin kəskin reaksiyasına səbəb olub.