Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməÂliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, noyabrın 19-da "Biləsuvar dövlət sərhəÂdinÂdən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan AzərÂbayÂcana gələn İran vəÂtəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərÂhəd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna göÂrə saxlanılıb.
Noyabrın 20-də həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının "GöyÂtəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu QaraÂvulÂdaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılan 1 ədəd bağlamada 990 ədəd "MetaÂdon psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekurÂsora bənzər maddə aşkar edilərək götürülÂüb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.