Sloveniya millisinin yeni baş məşqçisi məlum olub.

Unikal.org yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, millini bundan sonra Matyaj Kek çalışdıracaq. O, ötən ay istefa verən Tomaş Kovaçiçi əvəzləyib.

2007-2011-ci illərdə də milliyə rəhbərlik edən Kek komandanı DÇ-2010-un final mərhələsinə çıxarıb. Son olaraq Xorvatiyanın "Riyeka klubunu çalışdıran Kek, 2017-ci ildə bu komanda ilə çempionluq sevinci yaşayıb.

Sloveniya yığması Millətlər Liqasının C liqasında uğursuz çıxış edərək, aşağı dəstəyə yuvarlanıb.