Əməkdar artist Xumar Qədimovanın toyda başına iş gəlib.
Unikal.org "Qafqazinfo xəbər verir ki, müğənni səhnədə mahnı oxuyarkən huşunu itirib və yerə yıxılıb.
"Show News proqramı əməkdar artistlərdən birinin səhnədə yıxılması barədə anons videosu paylaşıb. Görüntülərdə xanım ifaçının anidən yerə yıxılması və ona kömək edən şəxs əks olunub. Əldə etdiyimiz məlumata görə, həmin sənətçi Xumar Qədimovadır.
O, bir neçə gün bundan əvvəl Bakıda təşkil olunan ev şənliklərindən birində çıxış edib. Hətta əməkdar artist həmin məclisdən çəkilən görüntülərini instaqram səhifəsində də paylaşıb.