İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İrlaniya yığmasının baş məşqçisi Mik Makkartinin köməkçisi təyin olunub.
Qeyd edək ki, Kin millidə 1998-ci ildə debüt edib. O, bu müddətdə keçirdiyi 145 matçda 67 qol vurub. Veteran forvard karyerası ərzində İngiltərənin "Lids, "Tottenhem, "Liverpul, İtaliyanın "Milan, ABŞ-ın "Los-Anceles Qelaksi kimi klubların formasını geyinib. Onun son iş yeri Hindistan "Atletikosu olub.