Bu gün Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq.
Unikal.org fanat.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.
A
qrupunda "Atletiko" "Monako"nu, Dortmund "Borussiya"sı "Brügge"ni qəbul
edəcək. "Atletiko" "Borussiya"nı növbəti raunddan 1 xal ayırırdı. Lakin
sonuncular məğlubiyyətlə də istəyinə çatmaq imkanına malikdi. Bunun
üçün "Borussiya" uduzmamalıdı.
B
qrupunda "Barselona" mərhələ adladığından ikinci vəsiqə üçün mübarizə
gedəcək. "Totenhem"in qonağı olacaq "İnter" uduzmasa, adını 1/8 finala
yazdıracaq. London təmsilçisi isə mütləq qələbə qazanmalıdı. PSV isə
"Barselona" ilə oyunda Avropa Liqasına vəsiqə şansını qorumağa
çalışacaq.
Günün
mərkəzi qarşılaşması C qrupunda baş tutacaq. PSJ ilk iki pillələrdə
qərarlaşan komandalardan uzaqlaşmamaq üçün "Liverpul"la oyunda qələbə
qazanmağa çalışacaq. Qrupun digər oyununda "Napoli" evdə "Srvena
Zvezda"nın müqavimətini qırmağa çalışacaq.
D
qrupunda da maraqlı görüşlər baş tutacaq. Türkiyənin turnirdəki yeganə
təmsilçisi "Qalatasaray" Rusiyada "Lokomotiv"in qonağı oldu. İstanbul
təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə
qazanmal idi. "Sarı-qırmızılar" heç-heçə edəcəyi təqdirdə Avropa
Liqasında mübarizə aparacaqdı. "Lokomotiv"in isə sonuncu pilləni
tutacağı artıq rəsmiləşib.
Qrupun
digər matçında "Portu" doğma azarkeşlər önündə "Şalke 04"lə ilə üz-üzə
gələcək. Meydan sahibləri bu görüşdə bir xal qazanacağı təqdirdə digər
görüşün nəticəsindən aslı olmayaraq 1/8 finala yüksələcək.
Qeyd
edək ki, dünən "Bavariya" (Almaniya), "Ayaks" (Hollandiya), "Mançester
Siti" (İngiltərə), "Real" (İspaniya), "Roma" (İtaliya), "Yuventus"
(İtaliya) və "Mançester Yunayted" (İngiltərə) 1/8 finala çıxıb.