"Yuventus və "Mançester Siti "Realın futbolçusu İskonun xidmətində maraqlıdır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Santyaqo Solarinin "kral klubunun "sükanı arxasına keçməsindən sonra daha az şans qazanan İsko, komandanı tərk etmək niyyətindədir.  

"Yuventus və MS 26 yaşlı futbolçunu qış transfer pəncərəsi dövründə transfer etmək üçün danışıqlara başlayacaq. Kriştiano Ronaldonun da "Yuventusda olması səbəbindən, İskonun Turin klubuna keçməyə daha yaxın olduğu bildirilir.

İsko cari mövsümdə "Real formasıyla 13 qarşılaşmada iştirak edib və 2 qol vurub.