Azərbaycan Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Unikal.org xəbər verir ki, "Qarabağ klubunun müraciətini, "Keşlə klubunun razılıq məktubunu nəzərə alan PFL turun "Qarabağ - "Keşlə matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Dəyişikliyin səbəbi "Qarabağın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.