Dekabrın 1-də Azərbaycan Premyer Liqasının XIII tur matçında üz-üzə gələcək "Sumqayıt" və"Səbail komandaları meydanafiziki qüsurlu uşaqlarla çıxacaqlar.

Unikal.org-un məlumatına görə,bu, "gənclik şəhəri" təmsilçisinin 2018/2019 mövsümündə "Kapital Bank Arenada ilk ev oyununu keçirməsi ilə əlaqədardır. Klubazarkeşlər üçün bir sıra sürprizlər də hazırlayıb. Bu stadionda son oyun mayın 20-də "Sumqayıt" və "Zirə" arasında keçirilib. Həmin görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Təmirdə olduğu müddətdə"Kapital Bank Arena"daəsas meydanın süni örtüyü təbii otla əvəzlənib və işıqlandırma sistemi yenilənib. Həmçinin 1 standart və 2 kiçik ölçülü süni meydança salınıb. Hələlik yeni oturacaqlar quraşdırılmayıb. Bu məsələyə gələcəkdə, əlavə sektorlar inşa edilən zaman baxılacaq. Stadiondakı media sektoru da əvvəlki yerində qalıb.

Qeyd edək ki, 12 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşan "Sumqayıt cari mövsümdə rəqiblərini "Dalğa Arena və "Bayıl Arenada qəbul edib. "Səbail ilə görüş saat 19:00-da start götürəcək.