Masallı rayonunda yol qəzası baş verib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Öncəqala kəndi ərazisində olub.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə
etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni
itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb.
Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.