Rusiya prezidenti Vladimir Putin ondan helikopter ilə gəzməyi xahiş edən azyaşlı xəstə uşağın arzusunu yerinə yetirib. 

Unikal.org xəbər verir ki, Putin ağır xəstəlikdən əziyət azyaşlı Artem Palyanovu, onun qardaşı və atasını Sankt-Peterburqda yerləşən iqamətgahında qəbul edib. Prezident əvvəlcə Artemin ailəsi ilə birlikdə sarayında bir fincan çay içib, uşaqlara yeni il hədiyyələri təqdim edib. Bundan sonra Putin avtomobili ilə uşağı  Sankt-Peterburq hava limana gətirib. Öz vertolyotuna mindirərək  uşaq üçün tur təşkil edib.  

Putinin bu addımı rusiya ictimaiəti tərəfindən alqışla qarşılanıb. Görüntülər dünya mətbuatının da diqqətini çəkib.