Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) klublararası dünya çempionatının ikinci yarımfinal oyunu keçirilib.

Unikal.org xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi Madridin “Real” klubu Asiya çempionu olan Yaponiyanın “Kaşima Antlers” klubunu 3:1 hesabı ilə məğlub edib.

“Real”ın heyətində Qaret Beyl “het-trik”ə imza atıb. Yaponların qolunu isə Şoma Doi vurub.
Digər yarımfinal oyununda Argentinanın “River Pleyt” klubu BƏƏ-nin “Əl-Əin” klubu ilə qarşılaşıb. Oyunsonrası penalti seriyasında üstün olan BƏƏ təmsilçisi bu matçda qalib gəlib.