Bir vaxtlar ulduz futbolçu Ronaldo ilə sevgili olan İrina Şeyk xəyanətlə bağlı açıqlamalar verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məşhur model Şeyk Ronaldonun xəyanətləri üzündən münasibətlərinin bitdiyini deyib: 

“Haqqımızda çox şey yazıldı. Amma məsələnin gərçək üzü Kristiano Ronaldodur. O məni bir çox qadınla aldatdı. Münasibətimizi də bitirən səbəb bu idi”.  

İrina Şeyk Kristiano Ronaldodan ayrıldıqdan sonra məşhur Bradley Koper ilə sevgili olub və qısa müddət sonra övladları dünyaya gəlib.