İtaliya A Seriyasında uğursuz çıxış edən və son iki oyundan bir xalla ayrılan “Milan”ın baş məşqçisi Cennaro Qattuzonun gələcəyi qarşıdakı üç oyundan asılıdır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi baş məşqçiylə bağlı qərarını çempionatın növbəti üç oyunundan sonra verəcək. Rəhbərlik, “Fiorentina”, “Frozinone” və SPAL-la oyunların nəticəsindən asılı olaraq, 40 yaşlı mütəxəssislə davam edib-etməyəcəklərini müəyyənləşdirəcək.

Xəbərdə bildirilir ki, Qattuzonun vəzifəsindən göndərilməsi halında, klub rəhbərliyinin ilk hədəfi “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger olacaq.

İtaliya A Seriyasında keçirdiyi 16 turdan sonra 27 xal toplayan “Milan”, turnir cədvəlinin 4-cü pillləsində qərarlaşıb.