İngiltərənin köklü klublarından sayılan “Şeffild Uensdey” satışa çıxarılıb.

Unikal.org xarici xəbər verir ki, bu barədə klubun prezidenti Dejpon Çansiri İngiltərə mətbuatına açıqlama verib. O özü klub üçün yararlı saymadığı üçün bu cür addım atdığını bildirib: 

“Klub üçün lazımlı olmadığımı düşünürəm və bu məni çox məyus edir. “Şeffild Uensdey”i satmağa qərar vermişəm. Bununla bağlı rəsmi açıqlama da verəcəm. Əminəm ki, belə tarixi olan klubu almaq istəyən çox olacaq”.

Xatırladaq ki, 1867-ci ildə yaradılan “Şeffild Uensdey”, dünya futbol tarixinin ən köklü klublarından  biri hesab edilir. Klub 4 dəfə Premyer Liqa çempionu olub. 

Hazırda Çempionşipdə mübarizə aparan "bayquşlar", 22 turdan sonra 24 komanda arasında 24 xal toplayaraq, 18-ci sırada yer alıb.