Türkiyənin Konya şəhərində keçmiş polis rəisi faciəli şəkildə ölübə. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş polis rəisi Cemaleddin Ertem həyat yoldaşı  88 yaşlı Cahidan Ərtəm və 57 yaşlı qızı Hülya Ərtəmin yaşadığı evdə bu gün səhər saatlarında yanğın baş verib. O ailəsi ilə birlikdə evində yanaraq ölüb.  

Tüstü qoxusuna yuxudan oyanan qonşular  Ertem ailəsinin yaşadığı evin qapısını döysələr də onları oyada bilməyiblər. Yanğının artdığını görən bina sakinləri oranı tərk ediblər. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Ailə üzvləri yanmış halda aşkar edilib. Hüquq-mühafizə orqanları yanğının baş vermə səbəbini araşdırır