Çexiyanın ČSM-şimal mədənində metan qazının partlaması nəticəsində 1 nəfər ölüb, daha 10-u yaralanıb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə OKD şirkətinin nümayəndələri məlumat yayıb.

Bildirilir ki, daha 10 nəfərin aqibəti barədə məlumat yoxdur.

Hazırda mədəndə bütün işlər dayandırılıb. Xilasedicilər insanları mədəndən çıxarmağa çalışırlar.

Yerli KİV-in məlumatına görə isə, partlayış nəticəsində 5 nəfər ölüb.