“Mançester Yunayted”in yeni baş məşqçisi Ole-Qunnar Sulşer klubun telekanalına açıqlama verib.
Unikal.org xəbər verir ki, MUTV-yə danışan norveçli mütəxəssis, evə qayıtdığını deyib:
“Hərəkətli günlər oldu. Özümü evə qayıtmış kimi hiss edirəm. Yenidən burda olmaq çox gözəldir.
Dünyanın ən yaxşı müəllimiylə illərlə çalışdım. Ser Aleks Ferqyuson insanın idarə edilməsində həmişə dünyanın bir nömrəsi olacaq. Mən bu mövzuda ondan çox şey öyrəndim.
Bizim işimizin əsas prinsipi nəticə qazanmaqdır. Buna görə də, artıq qələbələrimizi sıralamaq istəyirik”.
Bir neçə gün əvvəl “Mançester Yunayted”də Joze Mourinyo baş məşqçi postundan göndərilmiş, onun yerinə Sulşer təyin edilmişdi.
Norveçli mütəxəssis futbolçu karyerasında - 1996-2007-ci illərdə “qırmızı şeytanlar”da forma geyinib.