Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində dəyişiklik edilib.
Unikal.org Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, milli komanda Saypulla Absaidova tapşırılıb.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin olunub.
2009-2012 və 2015-2016-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, millinin sabiq baş məşqçisi Firdovsi Umudov bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.