Avstriyanın paytaxtı Vyana şəhərində “Fiqlmüller” restoranında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Xilasetmə Xidmətindən bildirilib.
Hazırda polis cinayətkarın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hadisənin səbəbi hələlik məlum deyil.