Keçmiş Sovet vətəndaşı, KQB-nin xarici kəşfiyyat şöbəsinin keçmiş rəisi, hazırda ABŞ-da yaşayan KQB generalı Oleq Kalugin "ExoRossii" jurnalına verdiyi müsahibədə bir sıra tanınmış sovet şəxsiyyətlərinin keçmişdə onun idarəsilə əməkdaşlıq etməsindən danışıb.
Jurnalın "Sirr deyilsə, sizin səlahiyyətlərinizə nələr daxil idi" sualına o, belə cavab verir: "Sovet ziyalıları ilə məşğul idim... Onlar arxiv materiallarından da bildiyiniz kimi, danışmağı xoşlayırdılar. Mən Leninqradda KQB-nin idarə rəisinin birinci müavini olanda arxivə də girişim vardı, sənədlərə baxmaq imkanım olurdu... Məni ilk növbədə ümumittifaq məsələlər maraqlanırdı. Arxivdə elə sənədlər tapmışdım ki, ziyalıların KQB agentləri olduğunu aydın göstərirdi. Sovet ziyalılarının 90 faizi dövlət təhlükəsizlik orqanlarına işləyib.
Bəziləri bunu karyerada yüksəlmək üçün edirdi, bəziləri pul xatirinə, amma çoxu inanırdı ki, KGB ali missiya yerinə yetirir və orqanlara kömək etmək lazımdır. Mənim hətta indi cibimdə bir siyahı var, amma onu sizə göstərməyəcəm..." (Azadlıq Radiosu)