Dekabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında futbol yarışı keçiriləcək.

Bu haqda Unikal.org-a Komitədən bildirilib.

Dövlət Komitəsinin əməkdaşları ilə ilk dəfə keçirilən yoldaşlıq oyunu dekabrın 24-ü saat 12:00-da keçmiş “Şəfa” stadionunda baş tutacaq.

Görüşü idman ictimaiyyətinin tanınmış simalarının izləyəcəyi gözlənilir.

Qeyd edək ki, ötən il dekabrın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin üzvləri ilə parlament jurnalistləri arasında futbol üzrə yoldaşlıq oyunu keçirilmişdi. FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi görüş 3:2 hesabı ilə deputatların xeyrinə başa çatmışdı.

Keçən il yoldaşlıq oyunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev və başqaları tərəfindən izlənilib.