Türk hakerləri növbəti dəfə Ermənistana böyük zərbə vurublar.
Unikal.org anspress-ə istinadən bildirir ki, Ermənistan Energetika Nazirliyi və Ermənistan Silahlı Qüvvələrinin internet saytlarına "Aslan nəfərlər" adlı türk haker qrupu tərəfindən kiberhücum təşkil edilib.
"Aslan nəfərlər tim" adlı haker qrupu sosial media hesabından verdiyi açıqlamada bu barədə məlumat yayıb. Hakerlər Ermənistanın Rusiya ilə birlikdə PKK-ya açıq dəstək verdiyini, bu səbəbdən Ermənistan Energetika Nazirliyi və Ermənistan Silahlı Qüvvələri saytlarını darmadağın etdiklərini bildiriblər.
Haker qrupu bu hücumun davamlı olacağını da deyib.
Daha öncə isə aprelin 23-də Türkiyənin "Turan Ordusu" adlı haker qrupunun Azərbaycan qolu Ermənistana kiberhücum təşkil edib. Bu dəfə "Anti-Armenia Team" Ermənistan Xarici İşlər Nazirliyi və səfirliklərinin saytlarına hücum edib. Hücumdan sonra Ermənistana aid bir çox dövlət qurumunun saytı hələ də fəaliyyətini bərpa edə bilməyib.
Dağıdılan saytlar arasında Rusiya, Almaniya, Böyük Britaniya, Çin kimi bir çox ölkələrin səfirliklərinin veb səhifələri var. Dağıdılan saytlarda Azərbaycan bayrağı yerləşdirilib.
Hücumlar erməni silahlı qüvvələrinin aprelin 2-də Dağlıq Qarabağda təxribat cəhdlərinə cavab olub.