Bir neçə gün əvvəl “Mançester Yunayted”dən ayrılan Joze Mourinyo haqqında sürpriz iddia irəli sürülüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Libertadores kubokunun finalında “River Pleyt”ə məğlub olduqdan sonra baş məşqçi Gilyermo Barros Skeletto ilə yollarını ayıran “Boka Xuniors”un Mourinyo ilə maraqlandığı ortaya çıxıb. Klubun yeni idman direktoru Nikolas Burdissonun 55 yaşlı mütəxəssislə görüşdüyü bildirilir.

Portuqaliyalı mütəxəssislə ABŞ-ın “Los Anceles Qalaksi” klubunun da işləmək istədiyi deyilirdi.