Tarixin geri döndüyü anlar və ya İranı gözləyən aqibət
02:37 19-09-2012
CƏMİYYƏT
Tarixin geri döndüyü anlar və ya İranı gözləyən aqibət
Elxan Şahinoğlu: "İranda baş verəcək hər hanslı dəyişikliklər prosesində güneyli soydaşlarımızın mənafe və maraqları nəzərə alınmazsa, Amerikanın və yaxud Qərb dövlətlərinin İranla bağlı planlarının baş tutmasında ciddi problemlər yaranacaq"
ABŞ konqresmeni Dana Rohrabacher (Respublikaçılar - Kaliforniya) Konqresə İranda yaşayan azərbaycanlılarla bağlı qətnamə təqdim etməsi, Amerikadan Güneyə diqqətin və baxışın dəyişməsinə səbəb ola bilər.
Bunu Minnesota Universitetinin professoru Anar Əhmədov amerikalı konqresmen Dana Rorabaher tərəfindən Güney Azərbaycanın parçalanması və s. məsələləri özündə birləşdirən qanun layihəsinin Konqresin Xarici Əlaqələr Komitəsinə təqdim edilməsi ilə bağlı məsələni şərh edərkən bildirib.
"Qətnamədə qeyd olunur ki, hazırda İran ərazisində yaşayan azərbaycanlıların öz müqəddəratını təyin etmək və öz suveren dövlətini qurmaq hüququ var. Eyni zamanda Dana Rorabaher qeyd edir ki, Güney azərbaycanlılar İran molla diktator rejimi tərəfindən idarə olunmasını istəmirsə, bir referendum vasitəsilə öz gələcəyini təyin etmək hüququnu dəstəkləməlidir. Qətnamə Amerika konqresində Güney Azərbaycana artan diqqət və marağı göstərir", - deyə Anar Əhmədov qeyd edib.
Dana Rorabaher daha əvvəl dövlət katibi Hillari Klintona göndərdiyi məktubda yazıb ki, "Azərbaycan xalqının razılığı olmadan ölkə 1828-ci ildə rus və fars imperiyaları arasında parçalanmışdır".
Rorabaher bəyan edib ki, bu, onun atdığı ilk addımlardan biridir və bu məsələ ilə bağlı gələcək tədbirlər davam edəcək", - deyə professor qeyd edib.
Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, "Ümumilikdə Güney Azərbacan və oradakı soydaşlarımızın Amerika Birləşmiş Ştatlarının Konqresi səviyyəsində gündəmə gətirilməsi alqışlanmalı məsələdir. Bilirsiniz. Indi artıq dünyada elə bir siyasi situasiya və siyasi innovasiyalar mühiti yaranıb ki. küçə yürüşləri və plakatlar vasitəsilə problemləri həll etmək effektsiz üsullar hesab edilir. Ona görə də yuxarıda sözügedən formada gündəliyə gətirlən məsələlərin həll olunma şansları daha yüksək olur. Təbii ki, Amerika konqresmeni Konqresə Güney Azərbaycan barədə qanun layihəsi təklif edirsə, bu onun şəxsi təşəbbüsü deyil, deməli, artıq Amerikada müəyyən dairələr də bu problemlə maraqlanmağa başlayıblar. Yəni demək istəyirəm ki, problemin ortalığa çıxardılması daha dərin mətləblərdən xəbər verir".
Politoloqun sözlərinə görə, "Birləşmiş Ştatlar indiki durumda onun üçün ciddi əngələ çevrilmiş İran problemini həll etmək üçün hərbi müdaxilədən daha sərfəli olan və daha ucuz şəkildə başa gələcək variantları da nəzərdən keçirdir. Yəni bir növ "ərəb baharı"nın başqa variantlarını İranda reallaşdırmaq niyyətindədir. Bu variantın baş tutmaq ehtimalı isə çox yüksəkdir. Çünki indiki İran dövlətininn başında əyləşənlər yürütdükləri təməli olmayan iddialı siysət nəticəsində ölkədə elə bir iqtisadi, sosial və siyasi situasiya yaradıblar ki, İran hər an partlamağa hazır olan barıt çəlləyinə bənzəyir. İrandan gələn son məlumatlar təsdiqləyir ki. ölkə iqtisadi baxımdan olduqca acınacaqlı vəziyyətə gəlib çatıb və ölkə istənilən anda daxildən partlaya bilər. Hadisələrin bu vaiantda inkişaf etməsi, təbii ki, Birləşmiş Ştatları qane edir. Amerika dövlətinin beyin mərkəzləri də bunu gözəl anlayırlar və bu fürsətdən maksimum şəkildə yararlanmaq Amerikanı milyadlarla vəsaitin, minlərlə Amerika əsgərinin həyatının itirilməsindən xilas edə bilər. Bunu da unutmayaq ki, İranda soydaşlarımızdan başqa sayca önəmli yerlər tutan digər xalqlar da məskunlaşıb. Yəqin ki, amerikanlar bu amili də gözdən qaçırmayacaqlar".
Politloq hesab edir ki, "Birləşmiş Ştatların və o cümlədən İsrailin İranla bağlı planları nüvə problemindən daha çox bu dövlətlərin son illər ərzində sürətlə gerçəkləşdirdiyi "Böyük Yaxın Şərq layihəsi"nin davamı kimi meydana çıxmaqdadır və həmin planın bu bölümünün reallaşma ehtimalı çox yüksəkdir".
Elxan Şahinoğlunun sözlərinə görə, "XX əsdə İranda baş vemiş bütün inqilabların beşiyi Təbriz və bu hərəkətların önündə gedənlər güneyli soydaşlarımız olublar. Sadəcə, bizlərin, yəni Azərbaycan dövlətinin indiki durumda bir nömrəli vəzifəsi bundan ibarətdir: Amerikanın müvafiq beyin mərkəzlərinə aydın şəkildə anladılmalıdır ki, İranda baş verəcək hər hanslı dəyişikliklər prosesində güneyli soydaşlarımızın mənafe və maraqları nəzərə alınmazsa, Amerikanın və yaxud Qərb dövlətlərinin İranla bağlı planlarının baş tutmasında ciddi problemlər yaranacaq. Çünki güneyli soydaşlarımız hazırda İranda say baxımından əhəmiyyətli çoxluq təşkil edir."
Natiq
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55