"Google" şirkəti "I lost My Phone" tətbiqini yaradıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunun vasitəsilə itmiş telefonları tapmaq mümkün olacaq. "İphone" şirkəti daha öncə öz məhsulları üçün belə bir  tətbiq yaratmışdı. Lakin android sistemlər bu tətbiqdən istifadə edə bilmirdi.  "Google"nin yaratdığı tətbiq android sistem telefonlar üçün nəzərdə tutulub. İstifadəçilər itirdikəri telefonları  "I lost My Phone "(telefonumu itirmişəm) adlı səhifəyə girərək xəritə vasitəsilə tapacaq və lazım olsa onu kilidləyə biləcəklər.