Paytaxtda evdən 5 min 700 ABŞ dolları oğurlayan şəxs ələ keçib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə yanvarın 18-də baş verib.
Belə ki, Yasamal rayonu ərazisindəki evlərin birindəki seyfdən 5 min 700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.