Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.

Unikal.org Ukrayna mediasına istinadən xəbər verir ki ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.

Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb.

Prezident seçkiləri martın 31-də keçiriləcək.