22 il əvvəl Bakıda azyaşliya qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.

"Unikal"ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib.

Yerində müşavirə keçirən hakimlər vəsatətin əsasız oldugunu bildirərək vəsatəti təmin etməyib,Daha sonra dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki,təqsirləndirilən İsmayıl Quliyev bacısı ilə birlikdə çalışmış digər təqsirləndirilən Alidə Qadaşovadan bacısı ilə baglı yaranan müəyyən problemlərlə baglı görüşərək bunun qisasını almaq istədiyini bilıdirib.

2002-ci ilin aprelin 9 da Hövsan qəsəbəsində həyat yoldaşı həbsdə olan Alidə Qadaşovaya məxsus mənzildə onun 12 yaşlı qızının zorakılıqa məruz qalmış meyiti aşkar olunub.Meyitin üzərindəki istintaq hərəkətlərindən məlum olub ki,azyaşlı cinsi istismara məruz qalmaqla yanaşı o işgəncə ilə öldürülüb.Onun başına çəkic xəsarətləri yetirməklə yanaşı bədəninə də bıçaq zərbəli endirilərək öldürülüb.

Hakim elan olunmuş ittihama görə təqsirləndirilənlərin təsirinin subuta yetiriuləcəyi təqdirdə onların 15 ildən 20 ilə dək azdlıqdan məhrum edilə biləcəklərini xatırlatsada onların hər ikisi ittihamla özlərini təqsirli bilməyib.Təqsirləndirilənlərdən İsmayıl Quliyev məhkəmənin hazırki mərhələsində ifadə verməkdən imtina etsədə Alidə Qadaşova sərbəst ifadəsi zamanı vurgulayıb ki,bas verən hadisə vaxtı o isdə olub.Həmin ərəfələrdə həyətlərində naməlum şəxslərin oldugunu dəfələrlə gördüyünü deyib.Buna əhəmiyyət verməsədə hadisə baş verən gün azyaşlı qızı evdə tək olub.

Alidə ifadəsində daha sonra bildirib ki,o işdən evə gələrkən qızının yarıçılpaq vəziyyətdə olan meyitini evdə aşkar edib.Bu məsələnin isə İsmayıl Quliyevlə ümümiyyətlə heç bir əlaqəsinin olmamasını deyib.O İsmayılı usta kimi tanıdığını bildirib.

Növbəti proses sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki,sözügedən cinayət 2002-ci ilin aprelin 9-da bakının Hövsan qəsəbəsində baş verib.Qəsəbənin Sahil küçəsi 20b ünvanında Alidə Qadaşovaya məxsus mənzildə onun 12 yaşlı qızı Nübar Qadaşovanın işgəncəyə məruz qalmış meyiti aşkar olunub.Baş verən cinayətlə bağlı 22 il sonra yəni 2024 cü ildə azyaşlının anası Alidə Qadaşova və qəsəbənin digər sakini İsmayıl Quliyev şübhəli çəxs qismində saxlanılaraq onların barəsində CM-nin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli