"Hələ də həyatdasan. Səni bu günə qədər öldürməməyimin səbəbi mənim cinayətkar qrupun lideri olmadığımın ən böyük sübutudur”.

Bu ifadəni mütəşəkkil cinayətkar qrupun lideri olmaqda ittiham olunan və uzun müddət həbsdə yatan Sedat Peker  Habertürkün jurnalisti Fatih Altaylıya qarşı işlədib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Peker bu dedilərinə görə məhkəməlik olub.  O jurnalisti təhdid etməkdə ittiham olunub.  

Məhkəmədə bəraət alan S.Peker kimlik sorğusunda, sərbəst peşə sahibi olduğunu və aylıq gəlirinin 30 min TL olduğunu deyib. O həmçinin ailəli və 5 uşaq atası olduğunu ifadəsinə əlavə edib.