Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkətinə vermək imkanını nəzərdən keçirir.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan açıqlayıb. 

Baxılan variantlar infrastrukturdan təhlükəsiz istifadəni və nəzarət edilən dəhlizə beynəlxalq etimadı təmin etmək üçün dəhlizin idarəetmə mexanizmlərinə aiddir.

Səfəryan hansı Amerika şirkətinin iştirak etdiyini və müzakirələrin hansı mərhələdə olduğunu açıqlamayıb.

Ağarza Elçinoğlu