Şimali Koreya mümkün genişmiqyaslı müharibəyə hazırlıq məqsədilə kimyəvi silahlar hazırlayır.
"Unikal" xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşrin məlumatına görə, adının açıqlanmasını istəməyən Şimali Koreyanın yüksək rütbəli rəsmisi bildirib ki, Şimali Koreya “bəzi irəliləyiş bölmələrində kimyəvi silah yerləşdirməyə” hazırlaşır və kimyəvi silah daşıyan ballistik raketlərin “sınaqlarını” artıq başa çatdırıb. Qeyd olunur ki, münaqişə baş verərsə, nüvə silahı ilə birlikdə kimyəvi silah da istifadə oluna bilər.
KİV onu da əlavə edib ki, arsenalında ən azı 50 nüvə başlığı olan Şimali Koreya özünün nüvə imkanları ilə "ictimai olaraq öyünür", eyni zamanda "sakitcə" və "sürətlə" "ölümcül kimyəvi silahlar" inkişaf etdirir.
Gülayə Mecid