Ermənistan Respublikası Müdafiə Nazirliyinin İrəvan Hərbi Polisinin rəis müavini həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayı.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi KİV-ə təsdiqləyib ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşı külli miqdarda rüşvət almaqda təqsirləndirilərək həbs edilib və barəsində həbs-qətimkan tədbirinin tətbiqi məqsədilə məhkəməyə təqdim edilib.
Ağarza Elçinoğlu