Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl, dərdini danış" sosial-kriminal layihədə maraqlı anlar yaşanıb. Astara sakini olan Mələkxanım 5 il bundan əvvəl az yaşlı övladını atıb evdən çıxıb. 

Unikal.org xəbər verir ki, illərdir övladından ayrı qalan ana ötən gün Space Tv-də uşağının üzü bağlı görüntüsünü və keçmiş ərini görüb .Teleaparıcı Amil Xəlilin Mələkxanıma  səslənməsi və onu studiyaya dəvət eləməsi öz bəhrəsini verib. Bu çağırışdan bir neçə gün sonra o övladı ilə görüşə gəlib.

Ötən gün birbaşa efirdə baş tutan görüşdə inanılmaz anlar yaşanıb. Böyük tənqidlərlə qarşılaşan qadın, göz yaşlarını saxlaya bilməyib. Qadın gedişinin səbəbinə aydınlıq gətirib. Ən dəhşətli məqam isə Mələkxanımın qızı İlahə anasını tanımamaqla bərabər onun danışıqlarında qullaqlarını tutması olub.
Həmin anları sizə təqdim edirik:

Qeyd edək ki Amil Xəlilin təqdimatında "Gəl Dərdini danış" həftə içi hər gün saat 15:20 də Space Tv yayımlanır..