"Mənim oğlum əmisi oğlanları ilə yeyib-içib, sonra aralarında mübahisə düşüb. Əkbərlə, Elyar onu öldürüb."

Unikal.org xəbər verir ki, müəmmalı cinayət haqqında Gədəbəy sakini Mahirin atası Hüseyn Sadiqov məlumat verib. Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl, dərdini danış" da çıxış edən ata oğlumun ölümündə günahlandırdığı insanlardan danışıb. O, iddia edib ki, cinayətkarlar hələ tutulmayıb.

"Dedilər ki avtomobil qəzası olub. Oğlum Çay Rəsullu kəndində içkili vəziyyətdə dərəyə yuvarlanıb. Yaxşı, dərəyə aşıbsa niyə onun bədənində xəsarət olmadı? Niyə başı, burnu ya bir yerində iz yox idi?"

Daha sonra qayınanası tərəfindən döyülən və ailəsi dağılan Zaur bəy qonaq olub. O, brbaşa efirən xanımına səslənib. "Mən ailəmi dağıtmaq istəmirəm. Sənin anan və bacın hər şeyi edir. Gəl, barışaq. Nə sənin qohumların, nə mənim qohumlarım bizə qarışsın. Sənin anan mənə hücum çəkdi, döydü, söydü... Yenə də sənə görə keçdim..."

Qarşı tərəf verilişə qoşularaq bu barışıqın mümkün olmayacağını bildirib. 

Qeyd edək ki, sosial-kriminal layihə həftə içi hər gün saat 15:20 dən Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.