Birləşmiş Millətlər Təşkilatının (BMT) Malidə təhlükəsizliyin təmininə dəstək göstərən sülhməramlı missiyasının 2 hərbçisi ölüb. 

Unikal.org  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin yaydığı bəyanatda deyilir. 

Qeyd olunur ki, hadisəyə səbəb BMT sülhməramlı maşın karvanının Malinin Mopti rayonunda minaya düşməsi olub. Mina partlayışı nəticəsində Şri-Lankadan olan 2 sülhməramlı ölüb, bir neçəsi isə yaralanıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.