Türkiyənin Ordu əyalətinin Ünye kəndində ölkənin gündəminə çevrilmiş hadisə baş verib.
Unikal.org-un "Posta"ya istinadən məlumatına görə, Ünye sakinləri, 70 illik evli cütlük 94 yaşlı Fatma Ekiz və 93 yaşlı Ali Ekiz eyni gündə həyatını itirib.
Belə ki, bədxassəli ağciyər şişi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Fatma gecə radələrində dünyasını dəyişib. Həyat yoldaşının ölümündən sonra halı pisləşən Ali da səhər radələrində xəstəxanaya çatdırılıb. Edilən müdaxilələrə baxmayaraq o da ürək tutmasından ölüb.
Hər iki yaşlının cənazəsi eyni vaxtda ailə qəbirsanlığında yan-yana basdırılıb.
Qeyd edək ki, 70 ildir evli olan fatma və Alinin 3 övladı var.(axsam.az)