Xalq yazıçısı Çingiz Abdullayev ATV-nin "Geriyə baxanda" verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, Ç. Abdullayev aparıcının "Qarşınızda iki seçim olsaydı: Cənnət və ya cəhənnəm,hansını seçərdiniz?" sualına özünəməxsus cavab verib.

Xalq yazıçısı cəhənnəmi seçəcəyini deyib və fikrini belə əsaslandırıb: "Təbii ki, cəhənnəm. Mən onu demişəm. Ona görə ki, cəhənnəmdə  yaxşı kampaniya olacaq. Cənnətdə oturub, kiminlə danışacaqsan? Görün cəhənnəmdə necə insanlar  olacaq? Maraqlı qadınlar olacaq, kişilər olacaq. Burda görmədiyimi  cəhənnəmdə görəcəyəm. Əgər  məni eşidirlərsə, çox xahiş edirəm ki, cəhənnəmə göndərsinlər".

Ramil  Zeynallı