Qaraçuxurda silah-sursat tapılıb.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.