Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarə qəzaya uğrayıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən təyyarə sərt eniş edib. 

Qəza nəticəsində qırıcı hissələrə parçalanıb, yanmağa başlayıb. Hadisə zamanı 3 nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.