Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti qəbulda  iştirak edən vətəndaşlara bu barədə ətraflı məlumat verilib.

Unikal.org xəbər verir ki, Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri qəbul ediblər.

Həmişə olduğu kimi, yenə də qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin verilməsi, məşğulluq, kommunal xidmətlər  və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Dövlət Komitəsinin sədri və digər səlahiyyətli şəxslər vətəndaşları fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyiblər. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.