Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sənan Muxtarova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Sənan Əli oğlu Muxtarov “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif edilib.

Qeyd edək ki,  S. Muxtarov Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisidir.