Tanınmış jurnalist Elman Şirbağırov Dünya Televiziyasında işləməyə başlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Space Televiziyası "Hər Gün" Xəbərlər Xidmətinin  keçmiş rəhbəri Elman Şirbağırov Dünya Televiziyasının xəbərlər xidmətinin rəhbəri təyin edilib. Əməkdar jurnalist bu təyinata qədər Lider Televiziyasının "Səda" Xəbərlər Departamentində baş redaktorun müavini olub.

Xəbəri Dünya televiziyasının rəhbəri Ramiz Hüseynov Unikal.org-a açıqlamasında təyinatı təsdiqləyib.