Azərbaycanda daha bir qəzetin çapı dayandırıldı.
Unikal.org xəbər verir ki, artıq "Bizim Yol" qəzetinin çap versiyasının fəaliyyəti dayandırılıb.
Qəzetin baş redaktoru Bahəddin Həzi sosial şəbəkədə yaydığı məlumata görə, "Bizim Yol" qəzeti çap olunmayacaq.
Baş redaktor eyniadlı nəşrin onlayn versiyasının fəaliyyətinin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun son qərarından sonra fəqliyyəti dayandırılan qəzetin tək “Bizim yol” olmayacağı istisna deyil. Belə ki, Fondun müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.