“Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı əsasında regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə başlayıb.
Unikal.org ASC-yə istinadla xəbər verir ki, Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə yeni avadanlıqlar, materiallarla yüklənmiş maşın karvanı yola salınıb. Mütəmadi olaraq, on gündən bir bütün rayon, kənd və qəsəbələrə avadanlıqların göndərilməsi təmin ediləcək.
2018-ci ildə 119 kənddə 0,4 kilovoltluq şəbəkələrdə yenidənqurma işləri aparılıb və şəbəkələr sıfırdan qurulub. Elektrik istehlakçılarının sayğaclarına qədər gedən elektrik verilişi xətləri yenilənib. Ağac dayaqlar dəmir-beton dayaqlarla əvəzlənib. Yanvarın 30-da dəmir-beton dayaqlar, elektrik verilişi üçün kabel xətləri birbaşa Beyləqan rayonuna yola salınıb. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. Beyləqan rayonu ərazisində “Beyləqan-1” 110 kilovoltluq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərazində bütün regionlarda həyata keçiriləcək.