Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Nizami rayonunda aşmış köşkün (taxta konstruksiyalardan ibarət) altında qalmış şəxsin xilas olunması üçün müraciət daxil olub.
Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Görülən tədbirlər nəticəsində 1972-ci il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının meyiti köşkün altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.