Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz S350" markalı avtomobil saxlanılıb.

DGK-dən Unikal.org-a verilən xəbərə görə, avtomobilə baxış keçirilib.

Komitədən “Yeni Sabah”a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan torbada, üzərində "Premium LEPUS JK6 cal 12" yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində "Exact heavy diabolo cal 177" yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.