Finlandiya Respublikasının beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

Unikal.org xəbər verir ki, Finlandiyada vergidən yayındığına görə “İnterpol” xətti ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı 66 yaşlı Pavel Bağırov Azərbaycanın Qusar rayonunda saxlanılıb.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

P.Bağırovun Finlandiyaya ekstradisiya ediləcəyi gözlənilir.